UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Sevilya"nın qonağı olacaq "Qarabağ" İspaniyaya çatıb.
Modern.az "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisini aparan təyyarə 7 saatlıq uçuşdan sonra Sevilyadakı "San Pablo" hava limanında yerə enib.
Sabah Bakı vaxtı ilə saat 21:40-a baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra komandanın açıq məşqi olacaq.
Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 24:00-da başlayacaq.
"Qarabağ"ın Bakıya dönüşü noyabrın 29-na nəzərdə tutulub. Komanda saat 21:00-a Vətənə çatmalıdır.