Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türk Hava Yolları son günlər Suriyada baş verən qanlı hadisələrlə əlaqədar olaraq bu ölkəyə təyyarə uçuşunu qadağan edib. Bildirilib ki, aprel ayının 1-dən 30-dək planlaşdırılan Şam və Hələb aviareysləri qarşılıqlı olaraq ləğv edilib.