Çində koronavirusdan sağalanların sayı sürətlə artır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, son 2 həftədə bu virusdan sağalanların sayı 10,6%-ə çatıb. Yanvarın 27-də bu göstərici 1,3% təşkil edirdi.
Xatırladaq ki, xəstəlik 2019-cu il dekabrın 31-də Çinin Uxan şəhərində baş qaldırmışdı. Son məlumatlara görə, xəstəlikdən ölənlərin sayı 1115-ə, sağalanların sayı isə 4843-ə çatıb.