Böyük Britaniyanın baş naziri Boris Conson ölkəsində koronavirusla bağlı müsbət dinamikanın nümayiş olunduğunu söyləyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə o, karantinin yumşaldılmayacağını söyləyib.
“Koronavirus pik həddinə çatıb. Amma ikinci yoluxma dalğası olduğu üçün karantin qaydaları yumşaldılmayacaq”- deyə Conson deyib.
Boris Conson aprelin 12-də koronavirus diaqnozu ilə müalicə almışdı. Bu onun sağaldıqdan sonra ilk rəsmi açıqlamasıdır.