Afinada 2012-ci ildə keçiriləcək yay Olimpiya oyunlarının atəşi qalanıb. Moderrn.az bildirir ki, ali kahin qiyafəsində yunan aktrisası İno Meneqaki ilk atəşi yandıraraq məşəli sırada birinci olan üzgüçü Spiros Yanniotisuaya ötürüb. Yanniotis Afinada Olimpiya oyunlarının estafetinin birinci mərhələsində 8 gün yürüş edəcək.
70 günlük estafetin gedişində məşəllə 12,8 min km qət olunacaq. 2008-ci il Pekində keçirilmiş Olimpiya məşəlinin ötürülməsi ilə bağlı yaşanan narazıçılıqla əlaqədar ancaq milli estafetin (məşəlinn ötürülməsi estafeti) keçirilməsi qərara alınıb. Bununla bərabər, Olimpiyadanın məşəlinin ancaq Böyük Britaniyadan yox, həmçinin İrlandiyadan da ötürülməsi nəzərdə tutulub.Xatırladaq ki, Olimpiya oyunlarının açılışı iyulun 27-də keçiriləcək.