Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclas keçirəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda yalnız baş naziri dəstəkləyən “Mənim addımım” fraksiyasının üzvləri iştirak edəcək.
İclasda Seçki Məcəlləsi və yeni seçkilərin keçirilməsi barədə müzakirələrin olması gözlənilir.