Modern.az

Xuan Mata “Valensiya”ya qayıdır

Xuan Mata “Valensiya”ya qayıdır

Dünya

17 Yanvar 2021, 14:11

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Xuan Mata vətəni İspaniyaya qayıtmağa hazırlaşır.


    
Modern.az-ın məlumatına görə, 33 yaşlı orta sahə oyunçusu yenidən “Valensiya”nın formasını geyinməyə yaxındır.

 

“Qırmızı şeytanlar”la müqavilə müddəti mövsümün sonuna qədər olan Mata yeni sözləşməyə razılıq vermir. İspaniya millisinin üzvü ilk peşəkar komandası olan “Valensiya”da oynamağa maraqlıdır. “Yarasalar” da maliyyə problemi səbəbindən onu yayda azad agent kimi heyətə cəlb etməyi planlaşdırır.

 

Qeyd edək ki, Xuan Mata 2007-2011-ci illərdə “Valensiya”nın formasını geyinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok