Modern.az

Qazaxıstanda yataqxanada partlayış - ölən var

Qazaxıstanda yataqxanada partlayış - ölən var

Dünya

21 Fevral 2021, 17:47

Bu gün Qazaxıstanın Petropavlovsk şəhərində beşmərtəbəli yataqxananın birinci mərtəbəsində yerləşən kafedə qaz balonu partlayıb.

 

Modern.az-ın “Kazinform” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış binada dağıntılara yol açıb.

 

Nəticədə 1 nəfər ölüb, 2-i ağır olmaqla, 13 nəfər xəstəxanaya yerləşdirilib.

 

Binadan 120 nəfər evakuasiya edilib. Hazırda xilasetmə işləri davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək