Modern.az

Çində kimyəvi məhsullar zavodunda 5 nəfər zəhərlənmədən öldü

Çində kimyəvi məhsullar zavodunda 5 nəfər zəhərlənmədən öldü

Dünya

28 Fevral 2021, 09:51

Çinin Cilin vilayətində kimyəvi lif istehsal edən müəssisədə baş verən qaz sızması nəticəsində 5 nəfər zəhərlənmədən ölüb.

 

Modern.az vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, elektrik xəttində baş verən qısaqapanma müəssisədə enerji təchizatının dayanmasına, bu da öz növbəsində bəzi avadanlığın sönməsinə səbəb olub. Nəticədə qaz sızması yaranıb.

 

Hadisə nəticəsində zəhərlənən digər 8 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri sabitdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok