Modern.az

"Gürcü Arzusu" müxalifətlə dialoqa "hə" dedi

Dünya

18 Aprel 2021, 13:04

Avropa Birliyinin Gürcüstandakı ofisində hökumət və müxalifət nümayəndələri arasında görüş keçiriləcək.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə AB nümayəndəliyi məlumat verib. Məlumata əsasən, tərəflərin görüşündə Avropa Birliyinin Gürcüstandakı səfiri Carl Hartzel və ABŞ səfiri Kelly Degnan iştirak edəcəklər.

 

İclas bu gün saat 14:00-da başlayacaq. Qeyd edək ki, ötən gün ABŞ-ın Gürcüstandakı səfirliyi və Aİ Nümayəndəliyi tərəflər arasında güzəştə getməyin lazım olduğunu təkrarlayan ortaq bir bəyanat yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok