Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı döyüş əməliyyatları zamanı ölən hərbçilərin ailələrininə təzminat verilməsi üçün 3039 nəfərin sənədlərini Hərbiçilərin Sığorta Fonduna göndərib.
Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Alexander Avetisyan bu barədə Ermənistan parlamentində çıxışı zamanı deyib.
Ermənistan mətbuatı ölənlərin rəsmi sayının artıq 4 mini keçdiyini yazıb.