Modern.az

“Müharibə olmasın deyə Azərbaycana yeni ərazilər veriləcək?” – Parlamentdə MÜZAKİRƏLƏR

“Müharibə olmasın deyə Azərbaycana yeni ərazilər veriləcək?” – Parlamentdə MÜZAKİRƏLƏR

3 Avqust 2021, 13:43

Ermənistan parlamentinin bugünkü iclası gərgin müzakirələrlə yadda qalıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, vitse-spiker postuna namizəd Ruben Rubinyan parlament üzvlərinin suallarını cavablandırıb.

 

Müxalifətdəki “Şərəf duyuram” blokunun üzvü Tiqran Abramyan Rubinyana Azərbaycanla Ermənistan arasında sərhəd mübahisələri ilə bağlı mövqeyini açıqlamağı istəyib.

 

“Hazırda müharibə riskinin artacağı halda, yeni ərazilərin güzəştə gedilməsi mümkündürmü? Hökumət yenə bu mənfi presendentdən istifadə edəcək?”, -deyə Rubinyana sual verib.

 

“Bizim qoşunlar hazırda Ermənistan SSR-nin sərhədlərində dayanıb. Bu sərhəd təkcə bizim deyil, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədləridir”, -deyə Rubinyan söyləyib. O, Zəngəzurdakı ərazi mübahisələrini danışıqlar yolu ilə həll edəcəklərini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok