Rusiya təmsilçiləri “Taliban” hərəkatının formalaşdırdığı yeni hökumətin inauqurasiyasında iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
O bildirib ki, Rusiya Əfqanıstanın yeni hökumətinin andiçmə mərasimində səfirlər səviyyəsində təmsil olunacaq.
Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı yeni hökumətinin andiçmə mərasimini sentyabrın 11-də keçirəcək.