Qazaxıstanda koronavirus infeksiyasının epidemioloji vəziyyəti baxımından "qırmızı" zonadakı bölgələrin sayı 16-dan 11-ə enib.
Modern.az xəbər verir ki, bazar günü regionlarda epidemioloji vəziyyətin qiymətləndirilməsi üçün təqdim olunan sənədə əsasən, ciddi məhdudlaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulan "qırmızı" zonada Nur-Sultan, Almatı, Çimkent şəhərləri, həmçinin Akmola, Almatı, Atyrau, Karaqanda, Kostanay, Manqistau və Pavlodar vilayətləri yerləşir.
Karantin tədbirlərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulan "sarı" zonada Şərqi Qazaxıstan, Cambıl, Şimal-Qazaxıstan, Qızılorda və Qərbi Qazaxıstan vilayətləri yer alıb.
Türküstan vilayəti isə vəziyyətin nisbətən sabit olduğu "yaşıl" zonada yerləşir.