Rusiya parlamentinin aşağı palatasına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.
O qeyd edib ki, hazırda protokolların 10%-i sayılıb.
İlkin nəticəyə görə, hakim Vahid Rusiya Partiyası 38 faiz səslə birinci yerdədir. İkinci yeri 21 faiz səslə Kommunist Partiyası, üçüncü yeri 9 faizlə səslə Liberal Demokrat Partiyası tutub.
Ədalətli Rusiya Partiyası və Yeni insanlar Partiyası da hələlik 5 faizlik baryeri aşıb.
Akif İsmayılov