Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 214 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 361 350 nəfərdən test götürülüb, onların 29 760-nın testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 28 803 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 88,63%-nə bir doza, 76,86%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Akif İsmayılov