Gürcüstan baş naziri İrakli Qaribaşvili həbsdə olan eks-prezident Mixail Saakaşvilinin taleyinə toxunub.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı Saakaşvilinin əfv olunmayacağını təkrar edib.
“Saakaşvili azı 6 il həbsxanada qalacaq”, - deyə o açıqlama verib.
Saakaşvili prezidentliyi dönəmində Valeria Gelaşvili və Sandro Qirqvlianiyə qarşı fiziki zorakılıq tətbiq edilməsi barədə göstəriş vermə ittihamı ilə Tbilisi məhkəməsi tərəfindən 6 il müddətinə həbs cəzasına məhkum edilmişdi.
Ona qarşı daha 2 maddə ilə açılmış cinayət işi icraatdadır.
Mixail Saakaşvili oktyabrın 1-də gizli yolla qayıtdığı Tbilisidə polis tərəfindən saxlanılıb.