Modern.az

Türkiyə daha da qüdrətlənəcək - Ərdoğandan mesaj

Türkiyə daha da qüdrətlənəcək - Ərdoğandan mesaj

29 Avqust 2022, 14:38

"2023-cü il böyük və qüdrətli Türkiyənin qurulmasını müjdələdiyimiz yeni bir mərhələ olacaq".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust Zəfər bayramının ildönümü ilə əlaqədar açıqlamasında bildirib.

 

"Ümid edirəm ki, Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü il böyük və güclü Türkiyə quruculuğunun müjdəçisi olduğumuz yeni bir mərhələ olacaq. Bu fikirlərlə Cümhuriyyətimizin qurucusu, Baş Komandanı - Qazi Mustafa Kamal və silahdaşlarını minnətdarlıqla yad edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizi şadlıqla yad edirəm. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. 30 Avqust Qələbə bayramınız mübarək", - Ərdoğan qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti