Modern.az

Terrorçular Malidə 30 mülki şəxsi öldürdü

Terrorçular Malidə 30 mülki şəxsi öldürdü

Dünya

10 Sentyabr 2022, 19:53

İŞİD terror təşkilatının Afrikadakı qollarından biri Malidə terror aktı törədib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Qao adlanan bölgədə terrorçular mülki şəxslərə hücum edərək 30 nəfəri öldürüblər. Bundan əlavə, silahlı şəxslər evləri qarət ediblər.

 

Məlumata görə, yerli milis dəstələri terrorçulara müqavimət göstərib, nəticədə üç silahlı zərərsizləşdirilib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?