Modern.az

Putin BMT Baş katibi ilə danışıqlar apardı

Putin BMT Baş katibi ilə danışıqlar apardı

Dünya

14 Sentyabr 2022, 21:41

Rusiya prezidenti Vladimir Putin və BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Onlar Zaporojye AES ətrafında vəziyyəti, o cümlədən MAQATE nümayəndə heyətinin sentyabrın 1-də səfərinin nəticələrini müzakirə ediblər. Putin MAQATE-nin əməkdaşlığını müsbət qiymətləndirib.

 

Putin və Quterreş ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya ilə BMT arasında sıx əməkdaşlığın aktuallığını vurğulayıblar.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et