Modern.az

KTMT nümayəndələri İrəvana gedib

KTMT nümayəndələri İrəvana gedib

Dünya

15 Sentyabr 2022, 23:48

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndə heyəti bu gün İrəvana səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, nümayəndə heyəti Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.

 

Qeyd edilib ki, KTMT təmsilçiləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqini həyata keçirəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et