Modern.az

Avropa qənaətdə - Eyfelin işıqları tez söndürülür

Avropa qənaətdə - Eyfelin işıqları tez söndürülür

Dünya

24 Sentyabr 2022, 15:50

Rusiya ilə höcətləşməyin bədəlini ağır ödəyən Avropada qənaət tədbirləri davam edir.

 

Modern.az xəbər verir ki, Fransada enerji qənaətinə keçidin təsirli olması və bu mövzuda maarifləndirmənin aparılması üçün bəzi turistik və tarixi binaların işıqlarının normal vaxtdan əvvəl söndürülməsinə qərar verilib.

 

Bu çərçivədə paytaxtın simvoluna çevrilən Eyfel qülləsinin işıqları 1 saat 15 dəqiqə əvvəl-23:45-də söndürülüb.

 

Qeyd edək ki, normalda işıqlar 01:00-da söndürülürdü. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et