Modern.az

Hədəfimiz Putinlə Zelenskini görüşdürməkdir - Ərdoğan

Hədəfimiz Putinlə Zelenskini görüşdürməkdir - Ərdoğan

Dünya

26 Sentyabr 2022, 19:09

Türkiyə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskini görüşdürmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

"Hədəfimiz Rusiya və Ukrayna liderlərini ən qısa zamanda bir araya gətirərək müharibəni dayandırmaqdır”, - Ərdoğan deyib.

 

O qeyd edib ki, Türkiyədə imzalanan saziş çərçivəsində Ukrayna limanlarından 5 milyon tondan çox taxıl göndərilib.

 

Bundan əlavə, Türkiyə lideri Rusiya və Ukrayna arasında əsir mübadiləsinə də dəstək verildiyini vurğulayıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?