Modern.az

Bu ölkədə də maska tələbi ləğv edilir

Bu ölkədə də maska tələbi ləğv edilir

30 Sentyabr 2022, 15:08

İtaliyada koronavirus pandemiyası ilə mübarizə qaydaları yumşaldılıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, italyanlar artıq ictimai nəqliyyatda tibbi maskalar taxmaq məcburiyyətində qalmayacaqlar.

 

Son qərara əsasən, ictimai nəqliyyatda maska məcburiyyəti ləğv edilib.

 

Səhiyyə Nazirliyi bildirib ki, qatar, avtobus və su nəqliyyatında maska məcburiyyəti ilə bağlı fərmanın vaxtı bitir və uzadılmayacaq.

 

Lakin xəstəxanalar və qocalar evləri üçün müddət uzadılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?