Modern.az

İran Türkiyəyə qaz nəqlini DAYANDIRIR

İran Türkiyəyə qaz nəqlini DAYANDIRIR

Dünya

1 Oktyabr 2022, 15:00

İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən magistral boru xətti profilaktika işləri ilə bağlı oktyabrın 2-dən 9-dək bağlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti bildirib.


Şirkətin məlumatına əsasən, həmin boru xətti ilə qaz nəqli 8 gün müddətinə dayandırılacaq.


Qeyd edək ki, İran Rusiyadan sonra Türkiyəyə ikinci ən böyük qaz ixracatçısıdır. Bu ilin yeddi ayı ərzində İrandan Türkiyəyə 5,3 milyard kubmetr qaz nəql olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et