Modern.az

Puqaçova Rusiyaya niyə qayıdıbmış?

Puqaçova Rusiyaya niyə qayıdıbmış?

Dünya

1 Oktyabr 2022, 17:21

Məşhur estrada ulduzu Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum olub.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Puqaçova Moskva vilayətinin Qryaz kəndindəki lüks evini satmaq üçün Rusiyaya qayıdıb. 

 

Puqaçovanın evini 1 milyard rubla satmağı planlaşdırdığı qeyd olunub.

 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayanda Alla Puqaçova uşaqları və həyat yoldaşı Maksim Qalkinlə birlikdə İsrailə uçub.

 

Avqustun sonunda sənətçi Rusiyaya qayıdaraq uşaqları məktəbə göndərib. Bir neçə gün əvvəl isə o, dönüşü olmayan biletlə yenidən İsrailə gedib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır