Modern.az

Yunanıstanı üstümüzə kimlərin saldığını yaxşı bilirik - ƏRDOĞAN

Yunanıstanı üstümüzə kimlərin saldığını yaxşı bilirik - ƏRDOĞAN

Dünya

1 Oktyabr 2022, 17:29

Kipr türklərinə beynəlxalq tanınmaya dair verilən bütün sözlər yerinə yetirilməlidir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən bildirib.

 

Ərdoğan qeyd edib ki, Türkiyə Amerika Birləşmiş Ştatlarının Yunan Kiprinə qarşı tətbiq edilən silah embarqosunu aradan qaldırmasını qəbul etmir:

 

“Egey dənizindəki qeyri-hərbi statusunda olan adaların Yunanıstan tərəfindən silahlandırılmasına təşviq edilməsi ağıl və müttəfiqlik prinsipi ilə uyğunlaşmır. Bölgədə təhrik və geriləmə siyasəti nümayiş etdirmək heç kimin xeyrinə deyil və olmayacaq da. Biz 100 il sonra kimlərin Yunanıstanı üstümüzə saldıqlarını çox yaxşı bilirik. Yunanıstana özünü və xalqını fəlakətə atacaq təxribatlardan uzaq durmağını tövsiyə edirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü