Modern.az

Müdafiə naziri Ukraynaya gizli səfər edib

Müdafiə naziri Ukraynaya gizli səfər edib

Dünya

1 Oktyabr 2022, 23:21

Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynaya gizli səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Die Welt" nəşri yazıb.

 

Məlumata görə, Lambrext Odessada ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb.

 

Səfər zamanı nazir yaxın günlərdə Ukraynaya "İris-T SLM" hava hücumundan müdafiə sistemlərinin tədarük ediləcəyinə söz verib.

 

Bundan əlavə, nazir Almaniyanın "vacib infrastrukturun" qorunmasına kömək edəcəyini vurğulayıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu