Modern.az

Daha bir ölkədən Rusiyaya etiraz - Səfir XİN-ə çağırıldı

Daha bir ölkədən Rusiyaya etiraz - Səfir XİN-ə çağırıldı

2 Oktyabr 2022, 20:37

Rusiyanın Almaniyadakı səfiri Sergey Neteşev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə DPA agentliyinə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Agentliyin məlumatına görə, Neteşev prezident Vladimir Putinin sentyabrın 30-da Ukraynanın 4 bölgəsinin Rusiyaya daxil olmasına dair sazişləri imzaladıqdan sonra dəvət olunub.

 

Qeyd edək ki, sentyabrın 30-da Rusiya səfirləri İsveç, Niderland, Danimarka, Böyük Britaniya, Belçika və İtaliyanın Xarici İşlər nazirliklərinə çağırılıblar. Bu ölkələr "referendumları" qeyri-legitim, Rusiyanın hərəkətlərini isə ilhaq hesab edir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir