Modern.az

Pakistana 2.5 milyard dollar yardım ayrıldı

Pakistana 2.5 milyard dollar yardım ayrıldı

Dünya

5 Oktyabr 2022, 21:45

Asiya İnkişaf Bankı (AİB) daşqınların vurduğu ziyanın aradan qaldırılması üçün Pakistana 2,5 milyard dollar məbləğində dəstək verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın Maliyyə Nazirliyi məlumat yayıb.

 

Rəsmi açıqlama AİB-in ölkə üzrı direktoru Yonq Yenin İslamabadda Pakistanın maliyyə naziri İshaq Dar ilə görüşündən sonra verilib.

 

"AİB Pakistana daşqınların nəticələrinin aradan qaldırılması üçün 2,3-2,5 milyard dollar dəyərində dəstək verəcək", - nazirliyin açıqlamasında deyilir.

 

Anormal musson yağışları və buzlaqların əriməsi nəticəsində yaranan daşqınlar Cənubi Asiya ölkəsində 1700-ə yaxın insanın ölümünə səbəb olub.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü