Modern.az

ABŞ-dan Ukraynaya növbəti DƏSTƏK

ABŞ-dan Ukraynaya növbəti DƏSTƏK

Dünya

6 Oktyabr 2022, 17:20

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Ukraynaya 55 milyon dollar yardım ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın “Novoye Vremya” nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, agentliyin rəhbəri Samanta Pauer Kiyevə səfəri zamanı bildirib ki, bu vəsait qış fəsli üçün Ukraynada istilik təchizatı infrastrukturunun hazırlanmasına sərf olunacaq.

 

Qeyd edək ki, S.Pauer Ukraynada rəsmilər, jurnalistlər, gənc sahibkarlar və energetika işçiləri ilə görüşlər keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü