Modern.az

Ərdoğan Makronla belə zarafatlaşdı - VİDEO

Ərdoğan Makronla belə zarafatlaşdı - VİDEO

Dünya

6 Oktyabr 2022, 17:57

Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin toplantısı keçirilib. Tədbirdən əvvəl bir araya gələn Türkiyə, Azərbaycan, Fransa və Ermənistan liderləri qeyri-rəsmi ortamda söhbət ediblər. 

 

Modern.az xəbər verir ki, Ərdoğanın da olduğu videolardan biri Türkiyə mediasında maraqlı müzakirələrə səbəb olub.

 

Belə ki, kadrlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi söhbət etməsi anı əks olunub. Bu ərəfədə Ərdoğana yaxınlaşan Makron Türk birliyinə eyham vurub. 

 

Ərdoğan isə Makrona cavabında zarafatla deyib: "İstəsən səni də qəbul edək". 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı