Modern.az

Səudiyyə Avropa üçün neft qiymətini azaldıb, ABŞ üçün artırıb

Səudiyyə Avropa üçün neft qiymətini azaldıb, ABŞ üçün artırıb

Dünya

6 Oktyabr 2022, 20:58

Səudiyyə Ərəbistanının “Saudi Aramco” enerji şirkəti noyabr ayında Avropa bazarına tədarük edilən “Arab Light” nefitinin qiymətini (-$1,8) endirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

 

Nəşr bildirir ki, treyderlərin Avropa İttifaqı ölkələrində “Arab Light” neftinin bir barelinin qiymətinin 40 sent artacağı ilə bağlı proqnozları özünü doğrultmayıb. Bunun əvəzində ərəb nefitinin ABŞ bazarında qiyməti 0,2 dollar artıb.

 

Bundan əlavə, Asiya neft ixracatçıları üçün noyabr qiymətləri dəyişməyib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!