Modern.az

Putin 70 yaşına çatdı - FOTOLAR

Putin 70 yaşına çatdı - FOTOLAR

Dünya

7 Oktyabr 2022, 09:20

Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinin doğum günüdür. O, yubileyini – 70 yaşını qeyd edir.

Modern.az-ın məlumatına görə, Putin ad günlərini həmişə müxtəlif yerlərdə qarşılayıb. Məsələn, 2014-cü ildə ad günündə ilk dəfə özünə məzuniyyət götürüb. Həmin vaxt Putin Sibirə yollanaraq sıx meşəli dağlarda 9 kilometr piyada yol qət edib.

Böyük ehtimalla budəfəki ad gününü doğulduğu Sankt-Peterburq şəhərində qeyd edəcək. Bu gün həmin şəhərdə MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. 

Prezidentin mətbuat katibi Dmitri Peskov deyib ki, doğum tarixi olmasına baxmayaraq, cümə günü prezident Putin gərgin iş rejimində çalışacaq.

Modern.az saytı Rusiya prezidentinin qısa dosyesini hazırlayıb.

Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə keçmiş Leninqrad - indiki Sankt-Peterburqda anadan olub.
 Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində (DTK) xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.


Putin 7 may 2000-ci ildən 7 may 2008-ci ilədək Rusiya Federasiyasının ikinci prezidenti olub. (Prezident Boris Nikolayeviç Yeltsinin istefasından sonra 31 dekabr 1999-cu ildən 7 may 2000 ci ilədək prezident vəzifəsini icra edib).

1997 -ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda «Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması» mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb. Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim, iqtisad elmləri doktoru V.A.Fyodorov olub. V.Putin alman və müəyyən qədər ingilis dilini bilir.

V.Putin iki dəfə Rusiya Federasiyası Hökumətinin sədri – baş nazir olub (1999–2000 və 2008–2012-ci illərdə).
O. Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999) vəzifələrində də işləyib.



Rusiya Dövlət Dumasına 2007-ci il seçkiləri zamanı V.Putin bitərəf olaraq «Yedinaya Rossiya» partiyasının seçki siyahısına rəhbərlik edib. 7 may 2008 -ci ildən «Yedinaya Rossiya” partiyasının sədri postunu tutub.

Putin 4 dəfə prezident seçilib. O, əvvəlcə 2000-ci il martın 26-da Rusiya prezidenti seçilib, sonra isə 2004, 2012 və 2018-ci illərdə yenidən prezident olub. 2012-ci il seçkilərindən əvvəl prezidentlik müddəti 4 ildən 6 ilə uzadılıb. Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib.

1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları doğulub: Mariya (1985-ci ildə doğulub) və Katerina (1986-cı ildə anadan olub).
Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıb ( 2003-cı ildə qəbul olunublar).


V.Putinin qızları haqqında məlumatlar mətbuatda az verilir. Putin əksər hallarda qızları haqda sullara xəsisliklə cavab verib.

Vladimir Putin və Lyudmila Aleksandrovna təxminən 30 il ailəli olandan sonra 2013-cü ildə rəsmən boşanıblar.

Vladimir Putin bütün dünyanın əksinə gedərək 2022-ci ilin fevralında Uktraynada müharibəyə başlayıb. Hazırda qanlı savaş davam edir. 


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar