Modern.az

“Zelenski və Putinlə çox rahat danışa bilirəm” - Ərdoğan

“Zelenski və Putinlə çox rahat danışa bilirəm” - Ərdoğan

Dünya

7 Oktyabr 2022, 12:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ərdoğan Avropa siyasi birliyinin Praqada keçirilən sammitində bildirib.

 

“Mən həm Volodimir Zelenski, həm də Vladimir Putinlə çox rahat danışa bilirəm. Sayəmizdə 200 əsir dəyişdirilib, həmçinin taxıl və gübrə məsələsi həllini tapıb. Mənim Rusiya lideri ilə bu barədə daha bir söhbətim olacaq”, - Türkiyə prezidenti deyib.

 

Prezident, həmçinin Türkiyənin taxıl dəhlizinin açılmasında rolundan danışaraq bildirib ki, indiyə qədər dünya bazarlarına 6 milyon tondan çox Ukrayna taxılı və ərzaq məhsulu çıxarılıb. Hazırda Rusiyada istehsal olunan gübrənin Türkiyə vasitəsilə ehtiyacı olan ölkələrə göndərilməsinə cəhdlər göstərilir.

 

“Yerdəki qəbuledilməz hadisələrin işimizi mürəkkəbləşdirməsinə baxmayaraq, biz ən pis sülhün müharibədən daha yaxşı olduğuna əminliklə səylərimizi davam etdiririk”, - deyə Ərdoğan vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar