Modern.az

Fransa səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

Fransa səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

Dünya

7 Oktyabr 2022, 12:36

Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, səfiri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko qəbul edib. Ona rəsmi Moskvanın etirazları çatdırılıb.

 

"Fransanın Moskvadakı səfiri Pyer Levi oktyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Federasiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Fransa və digər Qərb ölkələrindən Ukraynaya göstərilən hərbi-texniki dəstəklə bağlı onunla danışıb. Ona  Fransanın Ukraynaya verdiyi dəstəkdən Rusiyanın narahat olduğu bildirilib. Fransanın Ukrayna ordusunun təlimi üçün xüsusi proqramlar hazırlaması pislənib. Paris hakimiyyətinin bu xəttinin Ukraynadakı problemin sülh yolu ilə həllinə zidd olduğu bildirilib", - Rusiya XİN-in rəsmi məlumatında qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü