Modern.az

Türkiyə Şimali Kiprdə PUA-lar yerləşdirib

Türkiyə Şimali Kiprdə PUA-lar yerləşdirib

7 Oktyabr 2022, 13:10

Türkiyə Şimali Kiprdə PUA-lar yerləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqa səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

 

Prezident qeyd edib ki, Türkiyə Şimali Kiprdə hərbi baza qura bilər.

 

“Biz Şimali Kipri hər tərəfdən müdafiə etməliyik. Bu məsələ olsa da, olmasa da, təyyarələrimiz öz ərazimizdən havaya qalxan kimi, demək olar ki, artıq Şimali Kiprdədilər. Bununla bağlı da problem yoxdur”, - deyə Ərdoğan vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?