Modern.az

Ərdoğanın Putinlə görüş yeri və vaxtı AÇIQLANDI

Ərdoğanın Putinlə görüş yeri və vaxtı AÇIQLANDI

Dünya

11 Oktyabr 2022, 12:06

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah - oktyabrın 12-də Astana sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.

Modern.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

Xatırladaq ki, Ərdoğan ötən həftə Türkiyə-Rusiya münasibətlərini müzakirə etmək üçün yaxın günlərdə Putinlə görüş keçirmək nəyyətində olduğunu bildirmişdi.

Oktyabrın 12-13-də Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısı keçiriləcək.
 

Toplantıda Putin və Ərdoğanın da iştirakı planlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et