Modern.az

İranlı nazir istefa verdi

İranlı nazir istefa verdi

Dünya

22 Noyabr 2022, 14:48

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi istefa verib.

 

Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, nazir istefa ərizəsini Prezident İbrahim Rəisiyə təqdim edib.

 

Prezident isə öz növbəsində onun istefasını qəbul edib.

 

Məlumata görə, İranın yol və şəhərsalma naziri səlahiyyətlərini nazirin müavini Şəhriyar Əfəndizadə icra edəcək.

 

Rüstəm Qaseminin səhhətindəki problemlərlə bağlı istefa verdiyi bildirilib.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?