Modern.az

NATO-nun qapıları Ukrayna üçün açıqdır - Stoltenberq

NATO-nun qapıları Ukrayna üçün açıqdır - Stoltenberq

Dünya

25 Noyabr 2022, 18:45

Şimali Atlantika Alyansının qapıları Ukrayna üçün açıqdır.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.


“NATO-nun qapıları açıqdır. Və bu, təkcə sözlə deyil, biz bunu əməlimizlə göstərmişik”, - deyə o bildirib.

 

Stoltenberq xatırladıb ki, son illərdə Monteneqro və Şimali Makedoniya alyansa daxil olub, 2022-ci ildə isə Finlandiya və İsveç NATO-ya dəvət olunub.

 

“Biz bu qərarlarla NATO-nun qapılarının açıq olduğunu və Rusiyanın NATO-nun genişlənməsinə veto qoymaq hüququna malik olmadığını göstərdik. Bu həm də Ukraynaya bir mesajdır. 2008-ci ildə Buxarest sammitində biz qərara gəldik ki, Ukrayna NATO-ya üzv olsun. Üzvlük yolunda irəliləmək üçün isə onlarla siyasi tərəfdaşlıq sahəsində işləmək, o cümlədən praktiki dəstək göstərmək lazımdır”, - deyə baş katib bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır