Modern.az

Fransa parlamentindən Azərbaycana qarşı təxribatçı ADDIM

Fransa parlamentindən Azərbaycana qarşı təxribatçı ADDIM

Dünya

30 Noyabr 2022, 22:24

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya Azərbaycana qarşı təxribat xarakterli qətnamə qəbul edib.

 

Modern.az xəbər verir ki, 256 deputat qətnamənin lehinə səs verib, əleyhinə səs verən olmayıb.

 

Qondarma qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.

 

Sözügedən sənəddə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətliam və digər qanunsuz əməlləri diqqətdən kənarda saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan "işğalçı" kimi təqdim olunub. 

 

Qeyd edək ki, bundan əvvəl Fransa Senatı da Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır