Modern.az

ABŞ-da tornado həyatı iflic etdi - ÖLƏNLƏR VAR

ABŞ-da tornado həyatı iflic etdi - ÖLƏNLƏR VAR

30 Noyabr 2022, 23:50

ABŞ-ın cənub-şərq bölgəsində yerləşən Missisipi, Alabama və Luiziana ştatlarında güclü külək və tufan nəticəsində 29 tornado hadisəsi baş verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, tornado səbəbilə bəzi evlər və iş yerləri zərər görüb, Alabama ştatının Montqomeri şəhərində insan itkisi yaşanıb.

 

Montqomeri şəhərində 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilir.

 

ABŞ rəsmiləri qeyri-sabit hava şəraitinin daha 2 gün davam edəcəyini proqnozlaşdırır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?