Modern.az

Ermənistan XİN: Türkiyə ilə danışıqlar davam edir

Ermənistan XİN: Türkiyə ilə danışıqlar davam edir

1 Dekabr 2022, 12:00

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı müzakirələr davam etdirilir.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Vaan Unanyan məlumat verib.

 

“Noyabrda keçirilmiş son görüşdə texniki detallar müzakirə olunub. İrəvan və Ankara arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşmaların realizə edilməsi müzakirələri davam edir”, - deyə XİN rəsmisi söyləyib.

 

Qeyd edək ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə tərəflər arasındakı danışıqlarda Türkiyəni xüsusi nümayəndə Serdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?