Modern.az

Çavuşoğlu həmkarı ilə Ukraynanı müzakirə etdi

Çavuşoğlu həmkarı ilə Ukraynanı müzakirə etdi

Dünya

1 Dekabr 2022, 14:08

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu vatikanlı həmkarı Paul Qallaqerlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, Çavuşoğlu bu barədə tviter səhifəsində məlumat verib.

 

Görüş ATƏT Nazirlər Şurasının Polşanın Lodz şəhərində keçirilən iclası çərçivəsində baş tutub. Nazirlərin görüşündə həmçinin Ukraynadakı hadisələr barədə danışılıb.

 

“Vatikanın xarici işlər naziri ilə Ukrayna daxil olmaqla, regional və dünya məsələlərini müzakirə etdik”, - nazir paylaşımında qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et