Modern.az

Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü

Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü

Dünya

2 Dekabr 2022, 11:47

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Helqa Şmidtlə görüşüb.

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Polşanın Lodz şəhərində keçirilən toplantısı çərçivəsində baş tutub.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri müzakirə mövzusu olub.

Qeyd edək ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov da ATƏT Nazirlər Şurasının toplantısında iştirak etmək üçün Polşada səfərdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et