Modern.az

Ermənistan parlamenti Azərbaycan əleyhinə layihəyə “YOX” dedi

Ermənistan parlamenti Azərbaycan əleyhinə layihəyə “YOX” dedi

2 Dekabr 2022, 14:52

Ermənistan parlamentində müzakirəyə çıxarılan Azərbaycan Milli Məclisinə qarşı bəyanat layihəsi qəbul edilməyib.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, layihənin lehinə 29 müxalifətçi deputat səs versə də, yetərli səs toplanmayıb və bəyanat qəbul olunmayıb.

 

Parlamentdə iqtidarı təmsil edən deputatlar layihənin əleyhinə səs veriblər.

 

Qeyd edək ki, Azərbaycana qarşı layihəni müxalif “Hayastan” fraksiyası təklif etmişdi. 3 saat davam edən gərgin müzakirələrdən sonra qəbul edilməyən layihənin Azərbaycan Milli Məclisinin noyabrın əvvəlində Ermənistanı pisləyən bəyanatına “cavab xarakteri daşıdığı” bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir