Modern.az

Putindən ruslara mitinq QADAĞASI

Putindən ruslara mitinq QADAĞASI

6 Dekabr 2022, 08:14

Rusiyada dövlət orqanları binalarının yaxınlığında mitinq, yürüş və ya nümayişlər keçirilməsi qadağan olunub.

 

Modern.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə qanun imzalayıb.

 

Qanuna əsasən, vağzal, aeroport, təhsil, tibb müəssisələri və digər dövlət orqanlarının yaxınlığında mitinq, yürüş və nümayişlər keçirilməsi qadağandır. Bu siyahıya elektrik, istilik və su xətləri şəbəkələri, dini məbədlər də daxildir.

 

Qeyd edək ki, indiyədək Rusiyada Prezident iqamətgahı, məhkəmə, xilasetmə müəssisələrində və onların ətrafında mitinqlər və nümayişlər keçirilməsi qadağan edilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir