Modern.az

Qələbədən başqa istənilən variant səhvdir – Zelenski

Qələbədən başqa istənilən variant səhvdir – Zelenski

Dünya

7 Dekabr 2022, 13:48

“Dəyərləri kompromislərə qurban vermək olmaz”.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

 

“Ukrayna və azad dünya döyüşlərdə fasiləyə şirniklənməməli, öz məqsədlərini dəyişməməli, dəyərlərini hansısa kompromislərə qurban verməməlidir. Biz azadlığı qorumalıyıq, təhlükəsizliyə təminat olmalıdır. Kim cinayətkar müharibəyə başlayıbsa, məğlub olmalıdır, törətdiklərinə görə məsuliyyət daşımalıdır. Ukraynanın qələbəsindən başqa istənilən variant səhv olar. Bunu dürüst şəkildə etiraf etmək lazımdır”, - deyə Ukrayna prezidenti qeyd edib.

 

O, ABŞ-ın 286 gün ərzində davam edən dəstəyini bundan sonra da görəcəyinə inandığını vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır