Modern.az

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 8 nəfər saxlanıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 8 nəfər saxlanıldı

Dünya

14 Dekabr 2022, 10:52

Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat Mersin şəhərində gerçəkləşdirilib.

Eyni vaxtda müxtəlif ünvanlarda keçirilən əməliyyat nəticəsində terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 8 şəxs saxlanılıb.

Hazırda saxlanılanlarla bağlı araşdırmaların aparıldığı, digər şübhəli şəxslərin tapılması ilə bağlı əməliyyatların davam etdirildiyi bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et