Modern.az

Ukraynaya verilən yardımın miqdarı AÇIQLANDI

Ukraynaya verilən yardımın miqdarı AÇIQLANDI

Dünya

28 Dekabr 2022, 18:38

Ukrayna Milli Bankı dekabr ayı üzrə maliyyə sabitliyi hesabatını dərc edib.

 

Modern.az xəbər verir ki, 2022-ci ildə tərəfdaş ölkələrdən Ukraynaya elan edilən və göstərilən maliyyə, hərbi və humanitar yardımın ümumi məbləği 120 milyard dolları ötüb.

 

Milli Bankın məlumatına görə, 2022-ci ilin 11 ayı ərzində Ukrayna büdcənin maliyyələşdirilməsi üçün 28 milyard dollar əldə edib. Bu gəlirlərin 42%-i qrantlardır. Məlumata əsasən, BMT və Türkiyənin iştirakı ilə Rusiya ilə birgə bağlanan taxıl sazişi Ukraynanın tədiyyə balansına təzyiqi azaltmağa imkan verib.

 

Bank Ukraynaya 2023-cü ildə planlaşdırılan yardımı da açıqlayıb. Belə ki, ABŞ Ukraynaya 45 milyard dollar,  Avropa İttifaqı 18 milyard avro məbləğində yeni yardım paketi verəcək.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et